AMB sədri BFB-yə bazarın institusional əsaslarının gücləndirilməsini tövsiyyə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Bakı Fond Birjası" QSC-nin (BFB) rəhbərliyinə gələcək dövrdə fəaliyyətin dərinləşdirilməsi, bazarın institusional əsaslarının gücləndirilməsi, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində tövsiyələr verib.
SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, o, tövsiyyələrini BFB-nin rəhbər heyəti və kollektivi ilə görüşdə səsləndirib. Görüş çərçivəsində BFB rəhbərliyi ötən il üzrə fəaliyyət nəticələri, cari dövr üzrə strateji hədəflər və inkişaf perspektivləri barədə təqdimat keçirib. Təqdimatda birja infrastrukturunun müasirləşdirilməsi və korporativ idarəetmə sahəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB