Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli agentliyin Xırdalan şəhərində yerləşən “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-də və cəmiyyətin tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.
Agentlikdən SİA-ya bildirilib ki, “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr və laboratoriyada aparılan sınaqlar barədə ətraflı məlumat verib.
İdarə Heyətinin sədri Vüsal Nəsirli cəmiyyətin fəaliyyətinin müasir standartlara uyğun təşkili, elmi-texniki potensialın gücləndirilməsi və iş prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB