Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61,29 milyon manat sığorta haqqı toplanılıb.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 38,9 % artaraq 40,915 milyonmanata çatıb.
Beləliklə, yanvarda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,8manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 47,6 manat təşkil edib.
Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB