İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi auditor xərclərini 2 dəfə azaldıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "SME AUDIT" MMC olub.

Auditor xidmətlərinin göstərilməsi üçün şirkətə 990 manat ödəniləcək.

Ötən il, 2024-cü ilin maliyyə hesabatlarının auditi ilə bağlı, İİTKM-yə "Financial Reporting Center" MMC xidmət göstərib. Bunun üçün şirkətə 1 888manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə