Bu ilin fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 863,7 milyon manat təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3% az, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 8,7% çoxdur.
Kredit qoyuluşunun 22 milyard 142,7 milyonmanatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 837,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 8,7 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,6 % olub.
Fevralın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyonmanat olub. Bu, illik müqayisədə 4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,2 %-dən 5,9 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB