Azərbaycan qarğıdalı idxalını 62 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycana 7 min 579 tonqarğıdalı idxal edilib.

SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 1 milyon 411 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə fındıq idxalı həcm baxımından 12 min 589 ton (62,4 %), dəyər baxımından isə 2 milyon 801 min ABŞ dolları (66,5 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 %azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə