Ötən ay Azərbaycanın qızıl və gümüş istehsalında 12 faizlik azalma qeydə alınıb
2026-cı ilin yanvar ayında qızıl istehsalı 12 faiz azalaraq 207,8 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalaraq 103,6 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 12,2 faiz azalaraq 329,8 kiloqram təşkil edib.
Fevralın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq 550,4 kiloqram qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB