Azərbaycan ötən il Dominikan və Misirə antifriz tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 570 min ABŞ dolları dəyərində 708,31 ton antifriz ixrac edib.

SİA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 78 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 198 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 90 % çox) 243 ton (+2 dəfə), Özbəkistana 89 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 137 ton (+3,3 dəfə), Gürcüstana 78 min ABŞ dolları dəyərində (+2 dəfə) 85 ton (+98 %), İsrailə 64 min ABŞ dolları dəyərində (+24 dəfə) 83 ton (+15 dəfə), Türkmənistana 30 min ABŞ dolları dəyərində (-62 %) 40 ton (-63 %) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikan Respublikasına (6,12 min ABŞ dolları dəyərində 9,1 ton) və Misirə (4,31 min ABŞ dolları dəyərində 5,14 ton) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 398 ton antifrizin 30 %-i İraqın, 27,4 %-i Türkmənistanın payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə