Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 30 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 8 milyon 251,49 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ilə müqayisədə 17 milyon 3 milyon 593,52 min ABŞ dolları və ya 30,3 % azdır.

Hesabat ayında mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,63 %-ni təşkil edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə