İranın şəhərsalma naziri Bakıya gəlir

Fevralın 22-də İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Nazir 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmiryolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar aparılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə