Azərbaycan və Yaponiya bu sahələrdə əlaqələri möhkəmləndirir - nazir müavini

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın milli bayramı - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib ki, iki ölkə "ağıllı şəhər", yaşıl enerji və dayanıqlı inkişaf sektorunda əlaqələri möhkəmləndirir.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının reallaşdırılması çərçivəsində ekoloji təmiz və innovativ texnologiyaların tətbiqi üzrə Yaponiya şirkətləri ilə əməkdaşlıq davam etdirilir.

Nazir müavini vurğulayıb ki, enerji sektoru ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə