Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev fevralın 20-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü görüşündə, həmçinin TDT-nin iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclasında iştirak edəcək. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ötən ilin oktyabrında Qəbələdə keçirilimiş TDT-nin XII Zirvə Toplantısından irəli gələn məsələlər, TDT çərçivəsində iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü görüşü və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclası bundan əvvəl Bişkekdə (Qırğızıstan) keçirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB