Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi statistik göstəricilər əsasında apardığı təhlilə görə, 2025-ci ildə nağd ABŞ dolları ilə həyata keçirilən alış əməliyyatlarının həcmi 2,09 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 28,6 faiz və ya 0,47 milyard dollar artım deməkdir.
Nağd ABŞ dolları ilə aparılan satış əməliyyatlarına gəldikdə isə, 2024-cü ildə 2,92 milyard ABŞ dolları təşkil edən satış həcmi 2025-ci ildə 39,6 faiz və ya 1,15 milyard ABŞ dolları azalaraq 1,77 milyard ABŞ dollarına enib.
Ümumilikdə, son beş ilin dinamikasına nəzər saldıqda, nağd ABŞ dolları ilə aparılan satış əməliyyatlarında əvvəlki illə müqayisədə azalma bir dəfə də 2023-cü ildə qeydə alınıb. Belə ki, 2022-ci ildə 2,36 milyard ABŞ dolları məbləğində satış əməliyyatı həyata keçirildiyi halda, 2023-cü ildə bu göstərici 35,6 faiz və ya 0,84 milyard ABŞ dolları azalaraq 1,52 milyard ABŞ dolları təşkil edib.
.png)
Son beş ilin göstəricilərinə əsasən, avro ilə aparılan nağd alış əməliyyatlarında davamlı artım dinamikası qeydə alınıb. 2021-ci ildə 68,7 milyon avro təşkil edən nağd alış əməliyyatlarının həcmi 2025-ci ildə 178,9 milyon avroya yüksəlib. Son beş ilin ən yüksək göstəricisi məhz 2025-ci ilə təsadüf edir. Ötən il avro ilə nağd alış əməliyyatlarının həcmi 2024-cü illə müqayisədə 36,4 faiz və ya 47,8 milyon avro artıb.
Nağd satış əməliyyatlarına gəldikdə, ən yüksək nəticə 2022-ci ildə qeydə alınıb. Həmin dövrdə 209,8 milyon avro məbləğində nağd satış əməliyyatı həyata keçirilib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə avro ilə aparılan nağd satış əməliyyatlarının həcmində 20,9 faiz və ya 42,3 milyon avro azalma müşahidə olunub.
.png)
2025-ci ildə ölkə üzrə ingilis funt-sterlinqi ilə həyata keçirilən mübadilə əməliyyatlarının həcminə nəzər saldıqda, 7,9 milyon funt-sterlinq məbləğində nağd alış, 17,1 milyon funt-sterlinq məbləğində isə nağd satış icra olunduğunu görürük. Alış əməliyyatlarının həcmi 2024-cü illə müqayisədə 5,9 faiz və ya 0,4 milyon funt-sterlinq artıb. Satış əməliyyatlarının həcmi isə əksinə, 14,9 faiz və ya 3 milyon funt sterlinq azalıb.
İngilis funt-sterlinqi ilə aparılan mübadilə əməliyyatlarının çoxillik dinamikası üzrə ən yüksək alış göstəricisi 2022-ci ildə 27,2 milyon funt-sterlinq, ən yüksək satış göstəricisi isə 2023-cü ildə 26,9 milyon funt-sterlinq səviyyəsində olub.
.png)
Son beş ilin göstəricilərinə əsasən, ölkə üzrə nağd rus rublu ilə aparılan alış əməliyyatları satış əməliyyatlarına nisbətən üstünlük təşkil edib.
2025-ci ildə 9,88 milyard rubl məbləğində nağd alış, 2,18 milyard rubl məbləğində isə nağd satış əməliyyatı həyata keçirilib. Alış əməliyyatlarının həcmi 2024-cü illə müqayisədə 72,9 faiz və ya 4,17 milyard rubl artıb. Satış əməliyyatlarının həcmi isə 18,1 faiz və ya 0,48 milyard rubl azalıb.
Çoxillik dinamikaya nəzər saldıqda, nağd rus rublu ilə aparılan alış əməliyyatlarında ən yüksək göstəricinin 2022-ci ildə 19,63 milyard rubl səviyyəsində, satış əməliyyatlarında maksimum nəticənin isə 2024-cü ildə 2,66 milyard rubl səviyyəsində qeydə alındığını görürük.
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB