Azərbaycanın Rusiyaya qeyri-neft-qaz ixracı 5 % azalıb

Bu ilin yanvar ayında Azərbaycan Rusiyaya 77 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

Ötən ay qeyri-neft-qaz ixracının dəyəri İsveçrə istiqamətində 1 il əvvələ nisbətən 73,8 % artaraq 38,6 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 19,45 % artaraq 31,6 milyon ABŞ dolları olub.

Ay ərzində Azərbaycan həmçinin Türkiyəyə 31,45 milyon ABŞ dolları (15,25 % az), Ukraynaya isə 15,2 milyon ABŞ dolları (30,4 % az) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

Hesabat ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı illik müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə