Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 1 apreldə başlanacaq - General Hodges

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-də başlanacaq. SİA xəbər verir ki, Rusiyanın energetika naziri Sergey Tsivilev bunu Rusiya və İran arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində jurnalistlərə bildirib.

Energetika nazirinin sözlərinə görə, tərəflər layihənin başlanmasına mane olan bütün mübahisəli məsələləri həll edə biliblər. "Şimal-Cənub dəhlizi təkcə enerji dəhlizi deyil, həm də nəqliyyat dəhlizidir. Rəşt-Astara dəmir yolu xəttinin tikintisi onunla bağlıdır. Biz əvvəllər həll olunmamış bütün məsələləri, o cümlədən torpaq qeydiyyatı və təşviqlərin alınması məsələlərini həll etmişik", - Tsivilev deyib. "Bu gün elan etdik ki, bu layihənin başlanması ilə bağlı yekun razılaşma 1 apreldə Rusiyada nəqliyyat həftəsi zamanı əldə ediləcək".

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə