Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib.
SİA nazirliyə istinadən xəbər verir ki, forum ADA Universitetinin nəzdindəki İtaliya-Azərbaycan Universitetində baş tutub.
Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.
IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.
Sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri, "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində iştirak edən 90-dan çox startapçı 43 innovativ məhsulla təmsil olunub. Eyni zamanda 20 ali təhsil müəssisəsi, 20-dən artıq akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları və aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər məhsul və xidmətlərini təqdim ediblər.
Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.
Forumun rəsmi açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatına artan marağı nəzərə alaraq, bu sərginin xüsusi əhəmiyyəti var. "ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yaradılmasından artıq iki ildən çox vaxt keçir. Bu müddət ərzində fakültənin inkişafında belə təşəbbüs və platformaların rolu əvəzsizdir. Sərgi çərçivəsində startap layihələrinin stendlərini izləyərkən tələbələrimizin öz işlərini böyük həvəslə və inamla təqdim etməsi gənclərin bu sahəyə olan sevgisinin və marağının bariz göstəricisidir", – deyə rektor əlavə edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyat innovasiya əsaslı inkişaf modelinə keçir. Azərbaycan da dünya iqtisadi sisteminə inteqrasiya prosesində iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında innovativ və rəqəmsal yanaşmaların tətbiqini genişləndirir.
Kənd Təsərrüfatı Nazirliyinin startap ekosisteminin inkişafına xüsusi diqqət yetirdiyini deyən nazir, gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə müsabiqələr, hakatonlar və innovativ layihələr həyata keçirildiyini bildirib. O əlavə edib ki, nazirlik aqrar startaplara göstərilən mövcud dəstək tədbirləri ilə yanaşı, aqrar startap ekosisteminin genişləndirilməsi və fermerlərin innovativ xidmətlərdən istifadəsinin təşviqini planlaşdırır.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətinə toxunub, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişiklikləri fonunda resurslardan səmərəli istifadənin vacibliyinə, süni intellekt əsaslı həllərin tətbiq perspektivlərinə diqqət çəkib.
O bildirib ki, forumda iştirak edən startapçılar may ayında keçiriləcək Caspian Agro – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində öz innovativ həllərini təqdim edəcəklər.
Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub və uğurlu startapçılar forum iştirakçılarına öz innovativ layihələrinin təqdimatını həyata keçiriblər.
Daha sonra akselerasiya və inkubasiya mərkəzlərində mentorluq dəstəyi alan və layihələrini təkmilləşdirən startapçılar sertifikatlarla təltif olunublar.
Forum çərçivəsində həmçinin "Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri" və "İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu" mövzularında panel müzakirələr keçirilib.
Müzakirələrdə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması və investisiya mühitinin təkmilləşdirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır.
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



