"S&P": Azərbaycan banklarında özəl sektorun borc yükü region üzrə daha aşağı səviyyədədir
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda kreditləşmə tempinin 10-12 % səviyyəsində olacağını proqnozlaşdırır. SİA "S&P Global Ratings" agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin səviyyəsinə uyğun olmaqla, son dörd ildə qeydə alınmış orta 18 %-lik artım tempindən aşağıdır.
"Neft və qaz hasilatının yavaşlaması fonunda iqtisadi artımın proqnozlaşdırılan azalmasına baxmayaraq, bank sistemi miqyasında beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) əsasən üçüncü mərhələ kreditlərin payı 4,5-5 % səviyyəsində stabil qalacaq", - agentlik qeyd edir.
"S&P"hesab edir ki, Azərbaycan bankları Gürcüstan, Ermənistan və Özbəkistanın müqayisə olunan göstəricilərinə nisbətən özəl sektorun daha aşağı borc yükü səviyyəsi ilə - ÜDM-in təxminən 26 %-i həcmində xarakterizə olunur.
"Onlarda valyuta kreditləşməsi səviyyəsi də regionda ən aşağı olaraq qalır - 2025-ci ilin sonuna təxminən 16 % təşkil edir", - agentlik bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB