İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 7 obyekt çıxarılıb.
SİA-nın məlumatına görə, Dövlət Xidmətindən bildirilib ki, obyektlərin aylıq icarə qiyməti 30 manatla 130 manat arasında dəyişir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti aşağı olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırkı müsabiqəyə çıxarılan 7 obyekt Sumqayıt və Bərdə şəhərlərində, Qusar, Sabirabad, Ucar və Xocavənd rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 30 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Yekunda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 6 mart tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər. Müsabiqəyə çıxarılan əmlakların sahəsi, ünvanı, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3RhdRF linki vasitəsilə tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB