Azərbaycanın sığorta sektorunda korporativ idarəetmənin gücləndirilməsi müzakirə olunub
Azərbaycan Mərkəzi Bankında sığorta sektoru üzrə korporativ idarəetmənin gücləndirilməsi, risk əsaslı prudensial tənzimləmə, eləcə də icbari və könüllü sığorta növlərinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr istiqamətində geniş fikir mübadiləsi aparılıb.
SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
"Sığorta sektorunun rəhbər şəxsləri ilə cari ilin ilk görüşünü keçirdik. Görüş zamanı sığorta sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, yaxın və orta müddətli inkişaf perspektivləri, eləcə də sektorun dayanıqlı inkişafı üzrə prioritetlərini müzakirə etdik", - deyə sədr qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB