"İşğaldan azad olunmuş ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və çalışır" - VÜQAR BAYRAMOV
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına son illər ərzində böyük həcmdə dövlət vəsaiti yönəldilib".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin plenar iclası zamanı millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son iki ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün dövlət büdcəsindən 9,8 milyard manat xərclənib: "Zəfərdən sonra bu ərazilərin yenidən qurulmasına ümumilikdə 22,1 milyard manat vəsait ayrılıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə 75 mindən çox vətəndaş yaşayır və çalışır. Ölkədə iqtisadi və institusional islahatlar dərinləşdirilib, regionda sabitlik möhkəmlənib.
Ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB