Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yenidən artıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti yenidən artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"SİA Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,85% artaraq 4 979,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,24% artaraq 76,895 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə