"Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında.." - Samir Şərifovdan AÇIQLAMA
Baş nazirin müavini Samir Şərifov Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxışı zamanı mühüm məqamlara toxunub. O qeyd edib ki, Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.
O, nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən "Bir Kəmər, Bir Yol" təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, ötən il Orta Dəhlizlə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi ilə isə 12% artıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB