Bu ölkələr Azərbaycana 606 milyon dollar investisiya yatırıb - HESABAT

Ötən ilin birinci yarısının sonuna Fars körfəzi ölkələri Azərbaycana 606 milyon ABŞ dolları məbləğində investisiya yatırıb. Bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.

Bank Körfəz ölkələrindən Avrasiya regionuna investisiyaların yüksək tempini qeyd edir. 2025-ci ilin birinci yarısında onların məbləği 23,9 milyard ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,2 dəfə, 2023-cü ilə nisbətən isə 60 % çoxdur. 2025-ci ilin ilk altı ayında Fars körfəzi ölkələrinin investorları ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları olan 10 yeni layihəyə start verib. Tam reallaşdırıldığı halda bu təşəbbüslərin ümumi dəyəri 6,5 milyard dolları üstələyəcək.

2016-cı ildən etibarən aktiv layihələrin sayı 55-ə çatıb. 2025-ci ildə Özbəkistanda beş, Qazaxıstanda üç, Azərbaycanda isə iki layihənin həyata keçirilməsinə başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə