Mikayıl Cabbarov Pakistanlı nazirlə iqtisadi əməkdaşlığı müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirin müavini – xarici işlər naziri Mühəmməd İshaq Dar telefon danışığı zamanı iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X"də açıqlama yayıb.

"Tərəflər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər", – məlumatda qeyd olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə