Azərbaycan Dünya Bankı ilə şəhər nəqliyyatı məsələlərini müzakirə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dünya Bankı ilə "AZCON Holding"ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Bankın iştirak imkanlarını müzakirə edib.

SİA xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirdik. Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq", – deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə