Rus mətbuatı Rusiya iqtisadiyyatının çökməsi barədə yazıb...

20 əsas sənayedən 13-ü davamlı mənfi ərazidədir...

...Rusiya iqtisadiyyatı sürətlə aşağıya doğru sürüşür və indi bunu hətta dövlət mediası da etiraf edir.

SİA-nın məlumatına görə, “Komsomolskaya Pravda” radiosunda rusiyalı maliyyəçi Andrey Podoynitsin açıq şəkildə bildirib ki, ölkənin 20 əsas sənayesindən 13-ü davamlı kəsirdədir və vəziyyət pisləşməyə doğru gedir.

...Və Ukraynalı jurnalist və bloger Denis Kazanski videoya diqqət çəkib.

...Ardıcıl ikinci və bəlkə də üçüncü rübdür ki, 20 sənayedən 13-də müşahidə edilə bilən kəsir var. Bir çox şirkətlər fasiləsiz isləsələr də, amma zərərlə işləyirlər. Bununla bağlı nəsə etmək lazımdır, - o deyib.

...Podoynitsin qeyd edib ki, istehsalatda və maşınqayırmada vəziyyət böhrana yaxındır. O əlavə edib ki, bir çox fabriklər dörd günlük iş həftəsinə keçir və hətta üç günlük iş həftəsini nəzərdən keçirir.

...Bu, artıq gülməli deyil, - deyə ekspert vurğulayıb.

...Əgər bütün sənaye pul itirirsə, bu, təkcə bir zavodun problemi deyil, sistemli uğursuzluqdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə