DSK-nın sədri Ankarada İƏT-in Statistika Komissiyasının 14-cü sessiyasında iştirak edir - FOTO

Cari ilin oktyabrın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir. Komitədən SİA-ya verilən məlumata əsasən, oktyabrın 3-dək davam edəcək sessiya zamanı Statistika Komissiyasının son bir il ərzində fəaliyyəti və 2026-2030-cu illər üçün fəaliyyət proqramı nəzərdən keçiriləcək, eyni zamanda, məlumat əsaslı energetikaya keçidin təmin olunmasında milli statistika qurumlarının rolu, rəqəmsallaşma vasitəsilə milli statistika qurumlarının modernizasiyası, 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (Keyfiyyətli təhsil) göstəricilərinin monitorinqi və hesabatlılıq, digər aktual məsələlər üzrə müzakirələr aparılacaq, ölkə təcrübələri bölüşüləcək.

Sessiyanın 2-ci günü Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Toğrul Əcəlov rəqəmsallaşma vasitəsilə milli statistika sisteminin modernizasiyasına dair təqdimat edib, komitə tərəfindən göstərilən elektron xidmətlər, məlumat yayımı prosesinin rəqəmsallaşdırılması, inzibati məlumatlardan istifadənin genişləndirilməsi, rəsmi statistikada irihəcmli və peyk təsviri məlumatlarından istifadə, kənd təsərrüfatının siyahıya alınmasının rəqəmsallaşdırılması sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə