"Borc ödəmə qabiliyyətlərini və gözləntilərini öyrənmək üçün də əhəmiyyətlidir” - Samir Nəsirov
“Sorğu iqtisadi siyasətin planlaşdırılması və resursların düzgün bölgüsü üçün əsaslı məlumat bazası yaratmağa xidmət edəcək”. SİA xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov təqdimat mərasimində bildirib.
O qeyd edib ki, sorğunun əsas məqsədi ev təsərrüfatlarının maliyyə qərarlarını, qənaət və istehlak davranışlarını, həmçinin iqtisadi gözləntilərini öyrənməkdir: “Bu layihə vasitəsilə toplanan məlumatlar Mərkəzi Bank üçün makroiqtisadi göstəricilərin təhlilində və qərarların daha effektiv əsaslandırılmasında mühüm rol oynayacaq. Sorğu eyni zamanda ev təsərrüfatlarının maliyyə imkanlarını, borc ödəmə qabiliyyətlərini və gözləntilərini öyrənmək üçün də əhəmiyyətlidir”.
Samir Nəsirov əlavə edib ki, sorğu anonim və etibarlı şəkildə aparılacaq, nəticələr isə indekslər və statistik göstəricilər şəklində ictimaiyyətə təqdim ediləcək. “Bu yeni rəqəmsal platforma ev təsərrüfatlarının maliyyə davranışlarını daha operativ və dəqiq şəkildə izləməyə imkan verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə