Prezident İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib - YENİLƏNİB/FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.
Səmərəliliyin artırılması üçün aqroparkda ağıllı idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq. Diqqətə çatdırıldı ki, aqroparkın ərazisinin 1.185 hektarını çoxillik əkin, 1.298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir.
Qeyd edək ki, regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
İqtisadiyyat 11:56Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Sosial 11:55Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
Siyasət 11:18Bakıda 95 küçə və prospektdə təmir başa çatıb
İqtisadiyyat 10:57Bakıda yeni park salınır
Siyasət 10:56Ötən gün 36 cinayətin açılması təmin olunub
Hadisə 10:47Azərbaycanda yaxın dövrdə ərzaq qiymətləri artacaq ? - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 09:54Harri Keyn "Qızıl top" mükafatının sahibi oldu
İdman 05:04Pezeşkian Moskvaya gəlib - Putinlə görüşəcək
Dünya 02:21İstanbul derbisini "Qalatasaray" qazandı!
İdman 02:02Bakıda daha bir kütləvi dava olub
Hadisə 01:22Abşeronda bu idarə əməkdaşları həbs edildilər
Sosial 01:03Bu gün Şəkinin bəzi ərazilərində qaz olmayacaq
Sosial 00:22"Barselona"nın oyununun vaxtı dəyişdirildi - QƏRAR
İdman 26 Oktyabr 23:22Bu qaydaları unutmayın! - DYP piyadalara müraciət etdi
Sosial 26 Oktyabr 23:03Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Siyasət 26 Oktyabr 22:31Baş nazirdən Dövlət müəssisələri barədə VACİB QƏRAR
Sosial 26 Oktyabr 22:19Ukrayna və Moldova hərbi saziş imzaladılar
Dünya 26 Oktyabr 22:03Corablar daha tez yuxuya necə kömək edir...
Maraqlı 26 Oktyabr 21:51Vuçiç yıxıldı..?
Dünya 26 Oktyabr 21:28Culia Roberts özü haqqında maraqlı bir fakt açıqlayıb...
Şou-Biznes 26 Oktyabr 21:05“Lavrov danışdı...”
Dünya 26 Oktyabr 20:52ISW: Ukrayna Silahlı Qüvvələri rusların zəif nöqtəsini tapıb...
Dünya 26 Oktyabr 20:28Putin və Macarıstan üsyanının dərsləri...
Dünya 26 Oktyabr 20:06Hərbi ekspert: Ukrayna Silahlı Qüvvələri cəbhədəki vəziyyəti dəyişdi
Dünya 26 Oktyabr 19:48Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır...
Dünya 26 Oktyabr 19:37“Ağ evin özündən böyük” bal zalı və...
Dünya 26 Oktyabr 19:26Qriqori Mesejnikov: Putin Rusiyanın zəifliyini etiraf etdi...
Dünya 26 Oktyabr 19:07Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
Dünya 26 Oktyabr 18:59Peter Oleşuk: Tramp hakimiyyəti artıq silkələnir...
Dünya 26 Oktyabr 18:49İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Siyasət 26 Oktyabr 18:36Putinin Federal Məclisə müraciəti ləğv edilib...
Dünya 26 Oktyabr 18:27Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Dünya 26 Oktyabr 18:16“Putin NATO-nu 1997-ci ilin sərhədlərinə endirmək istəyir”
Dünya 26 Oktyabr 18:05Daha bir dövlət husilərlə müharibəyə qoşulur
Dünya 26 Oktyabr 17:53Azərbaycanda icbari sığorta haqları azalıb, ödənişlər artıb
İqtisadiyyat 26 Oktyabr 17:48Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Siyasət 26 Oktyabr 17:44“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Dünya 26 Oktyabr 17:42Paşinyan sülh məsələsini niyə uzadır?
Siyasət 26 Oktyabr 17:38Mobil telefonların gömrük rüsumları dünya bazarındakı qiymətlərə uyğun hesablanırmı? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 26 Oktyabr 17:29"Şəhərsalma mədəniyyəti” adlı monoqrafiya nəşr olunub" - YENİ NƏŞR
Mədəniyyət 26 Oktyabr 16:43AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
Sosial 26 Oktyabr 16:39“Həkimlərimizi tanıyın!” rubrikamızda
Səhiyyə 26 Oktyabr 16:38QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Siyasət 26 Oktyabr 16:33Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 26 Oktyabr 16:28UNEC tələbələri “Əlaçı” təqaüd proqramında yenə liderdir!
Təhsil 26 Oktyabr 16:22"ABŞ-da seçkiqabağı vəziyyət heç də ürəkaçan görünmür" - ŞƏRH
Siyasət 26 Oktyabr 16:16İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
Siyasət 26 Oktyabr 16:08Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
Sosial 26 Oktyabr 16:06“Cənubi Qafqazın gələcəyi əməkdaşlıq imkanları ilə müəyyənləşməlidir” - DEPUTAT DANIŞDI
Siyasət 26 Oktyabr 16:04Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Siyasət 26 Oktyabr 16:03"Kolleclərin hamısının bağlanması nəzərdə tutulmur" - TƏHSİL EKSPERTİ
Təhsil 26 Oktyabr 15:42Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb
Hadisə 26 Oktyabr 15:14Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İqtisadiyyat 26 Oktyabr 15:13"Müharibə enerji bazarından nəqliyyat xərclərinədək bir çox sahəyə təsir edir" - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 26 Oktyabr 14:48"Dövlət başçısının bu diqqəti gənc idmançılar üçün böyük mənəvi stimuldur" - ŞƏRH
İdman 26 Oktyabr 14:47"Qarabağda yeni iş yerləri yaradılır və sahibkarlıq fəaliyyəti genişlənir" - DEPUTAT DANIŞDI
Siyasət 26 Oktyabr 14:44Yaponiyanın keçmiş Baş naziri vəfat edib
Dünya 26 Oktyabr 14:38Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Siyasət 26 Oktyabr 14:38İş təcrübəsi tələb edən vakansiyalar: Gənclər təcrübəni haradan qazanmalıdır? - ARAŞDIRMA
Təhsil 26 Oktyabr 14:36“TRIPP Azərbaycanın regional iqtisadi mövqeyini gücləndirə bilər“ - EKSPERT
Siyasət 26 Oktyabr 14:33Dəm qazından zəhərlənmələrin qarşısını necə almaq olar? - EKSPERT DANIŞDI
Sosial 26 Oktyabr 14:18Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8987
-0,46%
-
GBP
2,2674
-0,31%
-
RUB
2,1036
-0,08%



