Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər. Bu barədə SİA-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtuna müraciət edə və ya (+994) 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə