AMB I rübdə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu ilin I rübündə Azərbaycana xaricdən 229,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 112,7 milyon ABŞ dolları pul köçürüb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (85,6 milyon ABŞ dolları), Türkiyə (39,6 milyon ABŞ dolları), ABŞ (23,3 milyon ABŞ dolları), Böyük Britaniyadan (8,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (7,8 milyon ABŞ dolları) daxil olub.

Rüb ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (32,4 milyon ABŞ dolları), ABŞ (18,8 milyonABŞ dolları), Rusiya (9,5 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə