“İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” qanun qəbul edilə bilər
Azərbaycanda “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” qanun qəbul edilə bilər. SİA bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) , ASK və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
İclasda platforma iqtisadiyyatı üzrə fəaliyyət göstərən şəxslərin qanuni mənafelərini və sosial-iqtisadi hüquqlarını müdafiə etmək üçün birləşmək hüquqları, “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” qanun layihəsinin hazırlanması məqsədilə İşçi Qrup yaradılması, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiya və protokollarının ratifikasiya imkanlarının araşdırılması və tələblərinin icrası və tətbiqi üzrə daimi İşçi Qrupun formalaşdırılması, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslərin yararlandığı “Sosial tərəfdaş” layihəsinin əhatə dairəsinin genişləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə tərəfdaş şirkətlərin sayının artırılması, BƏT-in 184 nömrəli Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə İşçi Qrup yaradılması müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə