Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 209,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
5 ay ərzində muxtar respublikanın sənaye sektorunda 171,1 milyon manatlıq mal istehsal olunub, 36,4 milyon manatlıq xidmət göstərilib.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 78,4 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə