Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 598,8 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 2,7 % artaraq 1 270 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə