ABŞ-ın kommersiya xam neft ehtiyatları yüksəlir

ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 500 min barel artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 500 min barel artaraq 448 milyon 500 min barelə yüksəldiyini açıqlayıb. Ticari bazar gözləntisi, ehtiyatların 3 milyon 378 min barel artacağı idi. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 371 milyon 600 min barel səviyyəsində sabit qalıb. Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 1 milyon 800 min barel artaraq 232 milyon barel təşkil edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə