"Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ
"Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir. Xüsusilə KOBİA yaradıldıqdan sonra kiçik və orta sahibkarlığın daha çox inkişaf etdirilməsi və dəstəklənməsi müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artıq mikro kiçik və orta sahibkarlıqla bağlı ayrıca qanun da qəbul edilib: "Bu qanunun qəbul edilməsində məqsəd kiçik və orta sahibkarların daha yaxından dəstəklənməsinə nail olmaqdan ibarətdir. Sahibkarlığın inkişafı Azərbaycan üçün önəmli məsələlərdəndir. Çünki kiçik və orta sahibkarlıq birmənalı şəkildə innovasiyanın, məşğulluğun və rəqabətin gücləndirilməsi baxımından vacib rol oynayır. Nəzərə almalıyıq ki, Avropa İttifaqında ümumi daxili məhsulun (ÜDM) 64%-i, məşğulluğun isə 62%-i kiçik və orta sahibkarların payına düşür".
Deputat sözlərinə davam edərək qeyd edib ki, Azərbaycanda da kiçik və orta sahibkarların xüsusən məşğulluqda payının artırılması ilə bağlı hədəflər var: "Son statistika da göstərir ki, axır illərdə kiçik və orta sahibkarların həm ÜDM-də, həm də məşğulluqda payı getdikcə artır. Bu tendensiyada nəticə etibarilə kiçik və orta sahibkarlığın növbəti illərdə Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi paya malik olacağından xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB