"Azərbaycan İsveçrə ilə əlaqələrini daha da genişləndirmək niyyətindədir" - AZPROMO RƏSMİSİ AÇIQLADI

“Bu gün Azərbaycan-İsveçrə Biznes Forumu keçirildi. Bu forumun keçirilməsi bizim İsveçrə şirkətləri ilə münasibətlərimizin inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan tərəfindən İsveçrəyə 2,6 milyard dollar, qarşı tərəfdən isə Azərbaycana 1,1 milyard dollar həcmində investisiya yatırılıb”. SİA xəbər verir ki, bu fikirləri 14 dekabrda keçirilən Azərbaycan-İsveçrə Biznes Forumunda AZPROMO rəhbərinin müavini Zöhrab Qədirov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan İsveçrə ilə əlaqələrini daha da genişləndirmək niyyətindədir: “Bugünkü gündə Qarabağın bərpası işlərində xarici şirkətlərin də müraciətlərini görürük. Eyni zamanda, İsveçrənin “Holcim” şirkəti Qarabağda çalışmağa maraq göstərir. Şirkətin bildirdiyi məlumata əsasən, onlar tərəfindən Qarabağda yeni tədbirlər həyata keçirilə bilər. Ümid edirəm ki, digər İsveçrə şirkətləri də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməyə cəhd edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə