““Leyli və Məcnun” Dubayda opera filmi kimi çəkilməlidir” - Fərhad Bədəlbəyli
“Üzeyir Hacıbəyli irsi yalnız ölkəmizdə nümayiş olunur. Məhz bu da ən böyük problemdir. Çünki bu irs bütün dünyada tanınmalıdır. TÜRKSOY illər öncə bu istiqamətdə mühüm addım atdı və müxtəlif türkdilli ölkələrdən olan ifaçılar bir ansambl şəklində Koroğlu operası bir çox ölkədə nümayiş olundu”. SİA xəbər verir ki, bu sözləri "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumunda çıxışı zamanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
O forumda iştirak edən İSESCO nümayəndəsinə müraciət edərək “Leyli və Məcnun” operasının məhz Ərəbistanla bağlı olduğunu və Dubayda səhrada film-operasının çəkilməsini təklif edib: “Bu sizin də tarixinizdir. Əgər bu formada film-opera çəkilərsə, onu məhz Azərbaycan ifaçıları ifa edəcək və bu film-operanı bütün müsəlman ölkələri alacaqdı. Bizdə sərvət var, siz də bundan istifadə etməlisiniz” - deyə, F.Bədəlbəyli qeyd edib.
Eyni zamanda xalq artisti Üzeyir Hacıbəyli ilə bağlı danışarkən onu milli musiqimizin peyğəmbəri adlandırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə