Gənc İfaçıların VI Müsabiqəsi keçirilib - FOTO

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “Bəstəkar Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə Gənc İfaçıların VI Müsabiqəsi keçirilib. SİA xəbər verir ki, müsabiqə 2 mərhələdən ibarət idi. Noyabr aynın 23-də gənc pianoçuların ifaları dinlənildi. Müsabiqənin ilk günündə Xalq artisti Azər Dadaşovun hər hansı bir əsərinin ifası nəzərdə tutulmuşdur. Bu iştirakçılar içərisindən 5 nəfər seçildi və onlar final mərhələyə keçdilər.

Müsabiqənin ikinci günü 24 noyabr tarixində qaliblərin ifasında bəstəkarın Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “fortepiano və orkestr üçün Poema”sı iki fortepianoda ifa olundu.

Münsiflər heyətinin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, üzvləri isə Ü.Hacıbəyli adına BMA-nın “Fortepiano” fakültəsinin dekanı, professor, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi, Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov idilər. 30 noyabr 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında qaliblərə xüsusi diplom və mükafatlar təqdim olundu.

Müsabiqənin laureatları Bülbül ad. Orta-İxtisas Musiqi Məktəbinin X sinif sagirdi Uğurluyeva Ayşən Zahid qızı I dərəcəli, Ü.Hacıbəyli ad. BMA-nın IV kurs tələbəsi Abdullayeva Rasimə Ayaz qızı II dərəcəli, T.Quliyev ad. 12 saylı Uşaq Musiqi Məktəbinin X sinif sagirdi Balayev Ərtoğrul Səbuhi oğlu III dərəcəli, “Ən kiçik yaşlı iştirakçı” Ü.Hacıbəyli ad. BMA-nın Orta-İxtisas Musiqi Məktəb-Studiyasının II sinif şagirdi Əsədullayeva Həcər Toğrul qızı, “Çiçəkçin” fortepiano silsiləsinin ən yaxşı ifasına görə” Hacıqabul rayonundan gəlmiş UMM-nin I sinif şagirdi Abuzərli Aytac Abdulla qızı Xüsusi Diplom, “Uğurlu iştirakına görə” A.Zeynallı ad. Bakı Musiqi Kollecinin II kurs tələbəsi Novruzzadə Nərgiz Emin qızı Diplom, Ü.Hacıbəyli ad. BMA-nın Orta-İxtisas Musiqi Məktəb-Studiyasının VI sinif şagirdi Bağırzadə Rauf Zaur oğlu, Ü.Hacıbəyli ad. BMA-nın Orta-İxtisas Musiqi Məktəb-Studiyasının V sinif şagirdi Qasımlı Mikayıl Rövşən oğlu, F.Əmirov ad. 6 saylı İncəsənət məktəbinin II sinif şagirdi Heybətzadə Əsra Emil qızı, 5 saylı Uşaq İncəsənət məktəbinin VI sinif şagirdi Məmmədov Rəsul Məhəmməd oğlu Sertifikatla təltif olundular.

Bütün xəbərlər Facebook səhifəmizdə