Zəngəzurlu Pərvanənin yubileyi qeyd edildi - FOTOLAR

Noyabr ayının 24-də Rəşid Behbudov adına Mahnı Teatrında şairə Pərvarə Zəngəzurlunun 65 yubiley yaşı qeyd olunub. Tədbiri Südabə İrəvanlı açaraq qeyd edib ki, bgünkü məclisimizdə Aşıq Pəri məclisinin aşıqları iştirak edirlər. Bildiyiniz kimi, Pərvanə Zəngilanlı el şairi, Vətən həsrəti ilə yazan şairlərimizdəndir. Tədbirdə iştirak edənlərin əksəriyyəti Pərvanə xanımı sevən dostlarıdır.

Yubilyar haqqında Xətai rayon Bələdiyyəsinin əməkdaşı Rövşən müəllim xoş sözlərini dilə gətirib: “Pərvanə xanım el şairidir. Onun yaradıcılığı haqqında çox danışmaq olar. O heç vaxt həvəsdən düşmür, eli-obası haqqında ürək sözlərini kitablarına köçürür. İnanır ki, yaxın vaxtlarda doğma Zəngəzurda belə gözəl məclislər qurulacaq”.

Biz də fürsətdən istifadə edib Pərvanə Zəngəzurlini ürəkdən təbrik edir, ona can sağlığı arzulayırıq.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə