"Roma" klubunda rəhbər dəyişikliyi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisi satılır. İddiaya əsasən, "canavarlar"ın yeni sahibi Qətər şirkətlərindən biri olacaq. Belə ki, qətərli iş adamı paytaxt klubu üçün 400 milyon avro təklif edib. Cari mövsümdən qətərlilərlə işbirliyi görünür, iş adamlarını hərəkətə gətirib.

Qeyd edək ki, güclü maliyyə dəstəyinə baxmayaraq, "Roma" bu mövsüm elə də uğurlu çıxış etmir. Komanda hazırda A Seriyasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə