Nisə Qasımova: "Yaxınlarımı itirə-itirə gedirəm" AÇIQLAMA

Xalq artisti Nisə Qasımovanın qardaşı vəfat edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Daha bir Qardaşım Ələkbər Qasımov dünən dünyasını dəyişdi (ağlayır). Onun 78 yaşı vardı. Mərhum uzun sürən xəstəlikdən sonra vəfat etdi. Yaxınlarımı itirə-itirə gedirəm. Allah heç bir bacıya qardaş itkisi nəsib etməsin".

Qeyd edək ki, Ə.Qasımov xalq artistinin dünyasını dəyişən üçüncü qardaşıdır. Sənətçinin hazırda bir bacısı var.

Bütün xəbərlər Facebook səhifəmizdə