Tom Kruz böyük uşaqları ilə ilk dəfə ictimaiyyət qarşısında görüntülənib - FOTOLAR

Amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmandan övladlığa götürdüyü böyük uşaqları ilə ictimaiyyət qarşısına çıxıb. SİA xəbər verir ki, fotoşəkili “Tampa Bey Bakkanyers”in keçmiş müdafiəçisi Derrik Brouks paylaşıb.

O, komandasının “Florida Panterz” ilə xokkey oyunundan əvvəl şəxsi səhifəsində paylaşım edib. İdmançı oyundan əvvəl Tom Kruz onların ofisinə gəlməsindən heyrətləndiyini bildirib.

Bu, Tom Kruzun iki övladı ilə birlikdə çəkdirdiyi məlum olan yeganə fotoşəkilidir. Aktyor sonuncu dəfə 2009-cu ildə Los-Ancelesdəki futbol matçında qızı İzabella və oğlu Konnorla şəkil çəkdirib.

Xatırladaq ki, Tom Kruz və Nikol Kidmanın boşanmasından sonra aktyor uşaqlarının gənclik və yetkinlik dövründə onlarla yaxın münasibətlər saxlayıb. Kruz və Kidman 1990-cı illərin əvvəllərində aktrisa uşaqlıqdan kənar hamiləlik və düşük yaşamasından sonra Konnor və İzabellanı övladlığa götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə