Xalq artisti Nisə Qasımovanın qardaşı vəfat edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Daha bir Qardaşım Ələkbər Qasımov dünən dünyasını dəyişdi (ağlayır). Onun 78 yaşı vardı. Mərhum uzun sürən xəstəlikdən sonra vəfat etdi. Yaxınlarımı itirə-itirə gedirəm. Allah heç bir bacıya qardaş itkisi nəsib etməsin".
Qeyd edək ki, Ə.Qasımov xalq artistinin dünyasını dəyişən üçüncü qardaşıdır. Sənətçinin hazırda bir bacısı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB