Sinem Kobalın uğursuz fotoşopu - FOTOLAR

Aktrisa Sinem Kobal sosial media hesabında həyat yoldaşı Kənan İmirzalıoğlu ilə yeni fotolarını paylaşıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın romantik şəkillərində qəribə detallar diqqət çəkib.

Kobalın baş barmaqlarından birinin ayaqqabıdan çıxdığı, həmçinin ayaqqabının digər tayının dabanının yoxa çıxdığı görünüb.

Onun uğursuz fotoşop etdiyi barədə tənqidi şərhlər yazılıb. Lakin bəzi izləyicilər ayaqqabının modelinin belə olduğunu bildiriblər.

Daha sonra aktrisa "Story"də yeni bir şəkil paylaşaraq ayaqqabı modelini daha yaxından göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə