Ukraynalı müğənni “Eurovision 2024”-ün məşqində səhnəyə yıxılıb

Ukraynalı müğənni Alena Savranenko (Alyona Alyona səhnə adı ilə çıxış edir) “Eurovision 2024” mahnı müsabiqəsinin libas məşqi zamanı səhnəyə yıxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Xatırladaq ki, Avroviziya mayın 7-dən 11-dək İsveçin Malmö şəhərində keçiriləcək. Bu şəhər əvvəllər - 1992 və 2013-cü illərdə Avropanın əsas musiqi müsabiqəsinə ev sahibliyi edib.

...Nə isə, keçək...hadisə şahidlərinin yaydığı videogörüntülərdə səhnədə sürətlə yeriyən müğənni uzun paltarının ətəyinə basaraq səhnəyə yıxılsa da amma ayağa qalxaraq mahnını ifa etməyə davam edir.

Jurnalistlər qeyd ediblər ki, Savranenko müsabiqədə müğənni Cerri Heil (əsl adı Yana Şemaeva) ilə birlikdə “Teresa & Maria” mahnısını ifa edəcək.

...Onların səsləri, şübhəsiz ki, çox güclüdür. Amma onların heç bir orijinallığı, milli kimliyinin ifadəsi yoxdur.

Bunu musiqi prodüseri Leonid Dzyunik deyib.

Məşqdən olan videonun altındakı şərhlərdə sosial şəbəkə istifadəçiləri sənətçinin yıxılmasını “Ukrayna üçün pis əlamət” adlandırıblar. Onların fikrincə, bu, qızların müsabiqədə qalib gələ bilməyəcəkləri deməkdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə