Hündürboy olmaq üçün zülalın əhəmiyyətini vurğulayan kardioloq və tanınmış professor Canan Karatay, boyu qısaldan qida növlərini açıqlayıb. Professor uzunboylu olmaq istəyənlərə yüksək züllı məhsullar yeməyi tövsiyə edib. Canan Karatay demək olar ki, hər çıxışında insanları şəkərin zərərləri barədə məlumatlandırmağa çalışır. Çörəyin, şəkərin və işlənmiş bütün ərzaqların xərçəng riskini artırdığını deyən professor sözlərinə belə davam edib:
"Şəkər xərçəng hüceyrələrini qidalandırır. Odur ki, şəkəri minimuma endirin. Bütün işlənmiş karbohidratlar və bütün işləmiş unlar təhlükəlidir. Çörəklərin gec xarab olması üçün içinə çoxlu sayda qatqı maddələri əlavə edilir. Çoxlu su için və hər gün 20 dəqiqə öz tempinizdə yeriyin".
Karatayın inkişaf çağında olanlara yüksək zülallı məhsullar istifadə etməyi tövsiyə edib: "Boyunuzun uzanması üçün yağ və zülallı qidalar yeyin. Karbohidratlar boyun artmasına mane olur. Odur ki, karbohidratları uşaqların menyusundan çıxarın və ya azaldın”.
Türkiyəli mütəxəssis arıqlamaq istəyənlərə aşağıdakı tövsiyələri verib: "Yalnız yayda deyil, bütün həyatınız boyu ideal formada olmalı və sağlam qidalanmalısınız. Əgər hər gün səhər yeməyi yesəniz, təbii olaraq yaxşı formada qalarsınız. Qarın və qaraciyərdəki yağlar gedər. Bütün xəstəliklərdən xilas olarsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə