Xalq şairi ilə yaradıcı görüş - Fotolar

Xalq şairi Vahid Əzizin yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, görüş “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təşkil olunub. Əvvəlcə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov şairin həyat və yaradıcılığından söz açıb. O, Vahid Əzizi Xalq şairi fəxri adı alması münasibətilə təbrik edib və bunu ölkə başçısının söz adamlarına verdiyi ən yüksək qiymət kimi dəyərləndirib. Tədbirin aparıcısı Yusif Nəğməkar Vahid Əzizin yaradıcılıq axtarışlarından danışıb və onun poetik təxəyyülündən süzülən bir-birindən mənalı şeirlərindən söhbət açıb.

Daha sonra Milli Məclisin deputatı Fəzail İbrahimli, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Cingiz Abdullayev və digər çıxış edənlər şairin yaradıcılığından danışıblar. Qiraət ustası Aynur Qafarlı şairin seirlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...