Pakistanda ölənlərin sayı artıb SEL FƏLAKƏTİ

Pakistanda 14 iyundan bəri davam edən musson yağışları nəticəsində yaranan seldən ölənlərin sayı 1136-ya yüksəlib. SİA xəbər verir ki, Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində daha 75 nəfər ölüb.

İyunun 14-dən etibarən ölkə daxilində davam edən leysan yağışlarında həyatını itirənlərin sayı 1136-ya, yaralıların sayı isə 1634-ə yüksəlib.

Güclü yağışlar nəticəsində 1 milyon 51 min 570 evə ziyan dəyib, 735 min 375 təsərrüfat heyvanı tələf olub. Təxminən 33 milyon 46 min adam yağışlardan təsirlənərkən, 498 min 442 adam yardım düşərgələrində yaşayır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə