Musson yağışlarının yaratdığı sel fəlakəti nəticəsində 348-i uşaq olmaqla mindən çox insanın həyatını itirdiyi, yüz minlərlə insanın evlərindən təxliyə edildiyi Pakistana beynəlxalq yardımlar gəlməyə başlayıb. SİA xəbər verir ki, bu çərçivədə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən yardım daşıyan yük təyyarələri paytaxt İslamabada çatıb.

Türkiyənin göndərdiyi humanitar yardım materiallarını daşıyan daha iki təyyarənin daşqından zərər çəkmiş Pakistana yola düşüb.

Hakimiyyətlərin beynəlxalq yardım çağırışından sonra Türkiyə və BƏƏ Pakistana böhranla mübarizədə kömək edən ilk ölkələr oldu.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə